”Leyla və Arzu Əliyevalar üçün ofşor şirkət yaradan firma intizam tribunalına verilib”

Hüquq firması çirkli pulların yuyulmasında riskləri araşdırmamaqda ittiham olunur Azərbaycan Prezidentinin qızları Leyla və Arzu Əliyevalar üçün vergi cənnəti sayılan Britaniyanın Vircin adalarında “Exaltation Limited” şirkətini yaratmaqda yardımçı olan Londonda yerləşən “Child & Child” hüquq firması intizam tribunalına verilib. Bu barədə məlumatı “The Guardian” qəzeti yayıb. Firmaya qarşı ittihamlardan biri də “çirkli pulların yuyulmasında əhəmiyyətli riskin…

Səməd Seyidova sanksiya qoyuldu

AŞPA-nn Prosedur Qaydalar Komitəsi korrupsiya hesabatında ad çəkilən dörd üzvünə sanksiyalar tətbiq edib, onların bəzi hüquqlarını alıb. Bu haqda komitə rəsmi məlumat yayıb. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da həmin siyahıdadır. Komitə bildirir ki, AŞPA-da korrupsiya iddialarını araşdıran Müstəqil Təhqiqat Qurumunun hesabatında adı çəkilən dörd üzvü Davranış Kodeksini “ciddi pozub”. Həmin dörd…

Müəllim: ‘Mən rüşvətə bulaşmaq istəmirəm’

“Bu rüşvətxorlar vəzifədən azad olunmayana qədər o məktəbə getməyəcəyəm. Buna görə danışıqlara getmirəm. Mən cənab nazirin bu məsələyə münasibət bildirməsini istəyirəm”. Astara şəhər 2 saylı orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev “müxtəlif adlarla pul yığılmasına” etiraz olaraq dərslərə girmir: “Mən rüşvətə bulaşmaq istəmirəm. Etirazım məktəbdə hər ay müəllimlərdən, sinif rəhbərlərindən müxtəlif bəhanələrlə pul yığılmasınadır.…

’20-30 nəfərin azad edilməsi ilə situasiya dəyişməyəcək’

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra demokratiya və insan hüquqları ilə bağlı müzakirələrin yeni dönəmi başlayıb. Amma vətəndaş cəmiyyəti, söz, ifadə, birləşmə azadlıqları sahəsində qanununvericilikdə son illərdəki dəyişiklikləri misal gətirən yerli və beynəlxalq ekspertlər yeni yaranmaqda olan demokratik institutların sıradan çıxarıldığını iddia edirlər. Seçkilərin Monitorinqi və demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli hesab…

Küçə aksiyaları ilə bağlı yeni cəzalar müəyyənləşdirilir

Azərbaycanda mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən İnzibati Xətalar Məcəlləsinə 517-2.13 maddəsinin əlavə edilməsi təklif olunub. Layihəyə görə, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və…

Əfqan Muxtarlının şikayəti təmin olmadı

Jurnalist Əfqan Muxtarlının 6 il azadlıqdan məhrum edilməsi barədə Balakən Rayon Məhkəməsinin hökmü qüvvəyə mindi. Aprelin 24-də Şəki Apelyasiya Məhkəməsində jurnalistin şikayətinin təmin olunmaması və hökmün qüvvədə saxlanması barədə qərar çıxarılıb. Qərar elan olunmamışdan öncə Ə.Muxtarlı özü çıxış edib, onun xəsarət yetirdiyi iddia olunan sərhədçi gizir Qafur Məmmədov zərərçəkmiş qismində dindirilib, vəkil vəsatətlər qaldırıb. Zərərçəkmiş…

İki vəkilin fəaliyyətinə 1 illik xitam verildi

Vəkillər Kollegiyası aprelin 23-də Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında Nemət Kərimli və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib. Məlumatı Meydan TV-yə Nemət Kərimli verib. Nemət Kərimli deyib ki, Rüstəm Usubov onu jurnalist Əfqan Muxtarlının işini siyasiləşdirməkdə ittiham edib. Eyni ittiham Əsabəli Mustafayevə də qarşı irəli sürülüb. O…

Avropa Şurası Azərbaycanla bağlı istintaqı yekunlaşdırıb

Avropa Şurası Azərbaycandan rüşvət almaqda şübhəli bilinən üzvlərlə bağlı istintaqı yekunlaşdırıb. Azadlıq Radiosunun məlumatına görə 10 ay davam edən istintaqla bağlı aprelin 22-də 219 səhifəlik hesabat açıqlanıb. Təhqiqatı Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlər aparırdı. İstintaqı belə bir qənaətə gəlib ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya…

Gözəl Bayramlının həbs müddəti dəyişmədi

AXCP sədrinin müavini Gözəl Bayramlının üç il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvəyə mindi. Aprelin 20-də Gəncə Apellyasiya Məhkəməsində siyasətçi xanım barədə qərar elan olunub. Qərara əsasən, G.Bayramlının apellyasiya şikayəti təmin olunmayıb, Qazax Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb. Qərardan öncə hakim bildirib ki, Gürcüstan-Azərbaycan sərhədindəki gömrük-buraxılış məntəqəsindəki kameraların görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət…

Avropa Məhkəməsi yenə Azərbaycanı cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi aprelin 19-da Azərbaycanla bağlı iki şikayət haqqında qərarını elan edib. Şikayətlərdən biri hüquqşünaslar Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilə bilməməsi ilə bağlıdır. Məlumatı vəkil Fariz Namazlı yayıb. Qərarda qeyd olunub ki, Avropa Məhkəməsi Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinin pozulmasını, 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ) maddə üzrə araşdırmağa…