Avropa Parlamentinin üzvü: siyasi məhbuslar buraxılmasa…

Avropa Parlamentinin bəzi deputatları Azərbaycanla Avropa Birliyi arasında yeni razılaşmanın ratifikasiyası üçün REAL hərəkatının lideri İlqar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edib. Bu tələb bu həftə Avropa Parlamentinin xarici işlər komitəsində AB-Azərbaycan hərtərəfli sazişiylə bağlı tövsiyələri əhatələyən, məruzəçi Nicolai Norica-nın hazırladığı hesabat layihəsi üzrə debatlarda səslənib. “SEÇKİYƏ HAZIRLIQ ATƏT PRİNSİPLƏRİNƏ UYĞUN DEYİL” Parlamentin Niderlanddan olan…

Gənc Qadın Siyasətçilər üçün Öyrənmə Proqramı

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Azərbaycan Cumhuriyyətinin 100 illiyinə və Azərbaycanda qadınların səsvermə hüququnun 100-cü ildönümünə həsr olunan “Azərbaycan Qadınları: 100 Illik Yol” adlı proqram çərçivəsində “Gənc Qadın Siyasətçilər üçün Öyrənmə Proqramı”na İŞTİRAKÇI QƏBULUNU ELAN EDİR Gənc Qadın Siyasətçilər üçün Öyrənmə Proqramı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir və Niderland Krallığının Azərbaycandakı Səfirliyi ilə…

“Tarixin zarafatı, mənim dramım: Azərbaycan Avropa Şurasında”

Avropa Şurasının iki təəssüf doğuran xüsusiyyəti – saxta seçkilərin nəticələrinin sürətlə tanınması və azadlığın siyasi motivlərlə itirilməsinin uzun müddət araşdırılması arasında ziddiyyəti qeyri-legitim etməklə bağlı verdiyim sözdən bir gün sonra Bakıda danışan Avropa Şurasının İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri cənab Mixail Lobov mənim sarsıdacağım aşağıdakı prinsipi formalaşdırmaqda kömək etdi: “İnanırıq ki, Avropa İnsan…

Ali Məhkəmə yenidən Mehman Hüseynovun şikayətinə baxacaq

  Həbsdəki videobloqqer Mehman Hüseynovun işinə Ali Məhkəmədə yenidən baxılacaq. Şikayətdə M.Hüseynova qarşı ittihamlar əsassız olduğundan onun barəsində bəraət hökmünün çıxarılması istənilir. Bloqqerin vəkillərindən Fuad Ağayev bildirib ki, müdafiə tərəfinin Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayəti artıq icraata götürülüb. Bloqqerin şikayətinə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyəti baxmalıdır. Məhkəmənin vaxtı hələlik məlum deyil. ( Azadlıq radiosu…

Britaniyalı vəkil İlqar Məmmədovla görüşünə şərait yaradılmasını xahiş edir

REAL Hərəkatının lideri İlqar Məmmədovun britaniyalı vəkili Ceremi Makbrayd Azərbaycanın dövlət orqanlarına müraciət edərək müttəhimlə görüşünə şərait yaradılmasını xahiş edib. Vəkil Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) İ.Məmmədovun işilə əlaqədar onunla ya görüşünə, ya da skype vasitəsilə danışmasına imkan verilməsini xahiş edir. Müraciət yanvarın 28-də Prezident Administrasiyası, XİN və Ədlyyə Nazirliyinə həm adi poçt, həm də…

REAl Hərəkatının sədri İlqar Məmmədovun Novruz Məmmədova cavabı

Dekabrın 11-də REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədovun  dekabrın 7-də verdiyi müsahibədəki fikirlərinə vəkili vasitəsilə münasibət bildirib. İlqar Məmmədov bir daha təsdiq edib ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək, belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi…

Avropa Şurasının Nazirlər Kabineti İlqar Məmmədovla bağlı qərar verdi

Dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi (AŞNK) ReAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı qərar qəbul edib.  AŞNK Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərə riayət edib-etməməsini müəyyən etmək üçün Avropa Məhkəməsinə sorğu göndərib.  Bu barədə məlumatı hüquq müdafiəçisi Rəsul Cəfərov öz “Facebook” səhifəsində paylaşıb.  Avropa İnsan Hüquqları Məhkəməsi noyabrın 16-da İlqar Məmmədovun işi ilə bağlı ikinci qərarını…

Prokuror jurnalist Əziz Orucovun 7 il azadlıqdan məhrum edilməsini istəyib

Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə jurnalistin özü və vəkili Cavad Cavadov, eləcə də media və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Məhkəmə dövlət ittihamçısının çıxışı ilə davam edib. O öz çıxışında Əziz Orucovun məsuliyyətini yüngülləşdirən halların mövcud…

Blogger Mehman Hüseynovun şikayəti üzrə qərar çıxarılması yubanır

Dekabrın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə journalist, blogger Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində M. Hüseynovun özü və vəkilləri Fuad Ağayev və Şəhla Hümbətova, Fəxrəddin Mehdiyev eləcə də media və ictimaiyyət…