Keçmiş siyasi məhbus Məmməd İbrahimə qarşı cinayət işi açılıb

Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü və keçmiş siyasi məhbus Məmməd İbrahimə CM-in 233-cü (ictimai qaydanın pozulması) və 315-ci ( polisə tabe olmamaq) maddələri ilə ittiham irəli sürülüb. Bu barədə onun oğlu Turan İbrahimov bildirib. Məmməd İbrahim Nərimanov rayon Polis İdarəsində saxlanılır. Onun həbsi iyulun 27-də rəsmiləşdirilib, baxmayaraq ki, ayın 26-da həbs edilib. İyulun 28-də…