Keçmiş siyasi məhbus Məmməd İbrahimə qarşı cinayət işi açılıb

Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü və keçmiş siyasi məhbus Məmməd İbrahimə CM-in 233-cü (ictimai qaydanın pozulması) və 315-ci ( polisə tabe olmamaq) maddələri ilə ittiham irəli sürülüb. Bu barədə onun oğlu Turan İbrahimov bildirib. Məmməd İbrahim Nərimanov rayon Polis İdarəsində saxlanılır. Onun həbsi iyulun 27-də rəsmiləşdirilib, baxmayaraq ki, ayın 26-da həbs edilib. İyulun 28-də…

Müxalif partiya təmsilçisi konstitusiya quruluşunu zorla dəyişməkdə ittiham edilir

İyulun 24-də Bakını Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı barəsində Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə açılmış cinayət işi və əlavə olaraq Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə…

Müxalif partiya təmsilçisinin oğlu həbs edilib

İyulun 14-də Bakıda orduya dəstək aksiyasında iştirak edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimli barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması xəstəliyin yayılmasına səbəb olduqda) üzrə cinayət  işi açılıb. İyulun 15-dən saxlanılan Mehdi İbrahimli barəsində iyulun 22-də Xətai Rayon Məhkəməsində 3 saylıq həbs qətimkan tədbiri seçilib. Ailə üzvləri bildirib ki,…

Müxalif partiya təmsilçilərinin həbsi davam edib

İyulun 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabunçu rayon şöbəsinin fəalı Məhəbbət Nağıyev saxlanılıb və Baş Prokurorluğun istintaq şöbəsinə aparılıb. Elə bu gün Baş Prokurorluğun istintaq şöbəsi AXCP fəalları Nicat Abdullayev, Baba Süleymanov və Ceyhun Novruzova qarşı cinayət ittihamları irəli sürüb. Onlar iyulun 15-nə keçən gecə Milli Məclisin binası qarşısında keçirilən nümayiş zamanı baş vermiş…

Orduya dəstək aksiyasına görə müxalif partiya nümayəndələri həbs edilib

İyulun 18-də Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Seymur Əhmədzadə barəsində 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə isə digər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Asif Yusifli barəsində də 2 ay 28 gün həbs qətimkan tədbiri…