Daha bir müstəqil vəkil Kollegiyadan xaric edilmə təhlükəsi qarşısında

Bir sıra siyasi məhbusların, o cümlədən Mehman Hüseynovun, Gəncə hadisəsi üzrə açılan cinayət işində təqsirləndirilənlərin bəzilərinin müdafiəsində iştirak etmiş vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından xaric edilmə təhlükəsi ilə bağlı dünən xəbər yayıldıqdan sonra bu gün vəkil öz “facebook” hesabında bu barədə geniş məlumat verib.   Şəhla Hümbətova bildirib ki, onun vəkillik fəaliyyətin xitam verilməsi ilə…

Jurnalist 1000 manat cərimələnib

Bakı Apellyasiya Məhkəməsi jurnalist Sevinc Vaqifqızını 1000 manat cərimələyib. Məhkəmədə mübahisələndirilən mövzu 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri zamanı yayılmış video ilə bağlı olub. Jurnalist Sevinc Vaqifqizi həmin zaman səsvermə prosesində 251 nömrəli məktəbin direktor müavini Elmira Alandarovanı lentə alaraq reportaj hazırlayıb. Sözügedən görüntülərdə E.Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində…

“FHN-in hərbi hissəsində əsgərlər döyülür, ayaqqabı şotkasıyla yer süpürdülür”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən N saylı hərbi hissənin zabitlərindən şikayətlər var. Rayonun Çılpaqlıq qəsəbəsində yerləşən bu hərbi hissəyə Polkovnik-leytenant Azər Eldar oğlu Məmmədovun komandanlıq etdiyi bildirilir. Meydan TV-yə şikayət edən bir qrup əsgər zabitlərin onlara işgəncə verdiyini, alçaltmağa çalışdıqlarını deyir. Şikayətçilər arasında hərbi xidmətini başa vuranlar da var. Meydan…

“İşgəncələr dayandırılmalı, sərbəst toplaşmaq azadlığı təmin olunmaılıdır”

“Biz sərbəst toplaşmaq azadlığından istifadə edən insanların həbs edilməsini, ağır işgəncələrə və digər qeyri-insani rəftara məruz qalmasını şiddətlə qınayır, təəssüflə bildiririk ki, Azərbaycanın üzvü olduğu BMT, ATƏT və Avropa Şurası kimi qurumların müvafiq strukturları bu hallarla bağlı susqunluq nümayiş etdirir. Məhz bu cür qurumların müdaxiləsi nəticəsində hazırda həbsdə olan və ya aksiyalar zamanı saxlanılan şəxslərin…

Hüquq müdafiəçisinin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün hazırlıqlar görülür. Məlumatı O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Meydan TV-yə verib. Firuzə Gülalıyevanın sözlərinə görə, Türkiyədən gələn mütəxəssislər Oqtay Gülalıyevi müayinə ediblər və vəziyyətinin çox ağır, kritik olduğunu söyləyiblər: “Dedilər ki, müalicəsini Türkiyədə davam etdirə bilərik, amma sağalmasına da tam zəmanət yoxdur”. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə…

Hüquq müdafiəçisi, siyasi məhbus Əliabbas Rüstəmov məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb

Oktyabrın 31-də hüquq müdafiəçisi, keçmiş vəkil Əliabbas Rüstəmov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi. “Bu gün, oktyabrın 31-də keçirilən məhkəmə prosesində cəzamın qalan hissəsi şərti ilə əvəz olundu”, – deyə Rüstəmov bildirib. Əliabbas…