“Sevinc Abbasova təzyiq altında müəllimlərə imza atdırıb”

162 saylı tam orta məktəbin keçmiş direktoru, 13 yaşlı Elina Hacıyevanın özünü üçüncü mərtəbədən atmasından sonra onu öz kabinetində saxlayıb 84 dəqiqə təcili yardım çağırmamaqda ittiham olunan Sevinc Abbasovanın adı daha bir qalmaqalda hallanır. O, özündən öncə məktəbdə direktor vəzifəsini icra etmiş, təlim-tərbiyə məsələləri üzrə direktor müavini Məlahət Hüseynovadan Bakı Şəhər Təhsil İdarəsinə silsilə şikayətlər…