Hesabat: Azərbaycan hökuməti sosial mediadan dezinformasiya yayır

Oksford Universiteti “2019-cu ildə Qlobal Dezinformasiya Düzəni. Mütəşəkkil Sosial Media Manipulyasiyasının Qlobal İnventarı” adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan hökumətinin sosial mediadan dezinformasiya yaydığı, siyasi manipulyasiya üçün real olmayan sosial şəbəkə profillərindən (troll) istifadə etdiyi bildirilir. Ümumilikdə 70 ölkənin bu vasitədən istifadə etdiyi vurğulanır. 2018-ci ildə onların sayı 48, 2017-ci ildə isə 28 olub. Hesabatda deyilir ki,…

Meydan TV-nin saytına qoyulmuş qadağa götürülməyib

Ali Məhkəmənin Meydan TV-nin işi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv etməsi yanlış anlaşılıb. Sosial şəbəkələrdə bu qərar Meydan TV-nin saytına qoyulmuş bloklanmanın götürülməsi kimi qələmə verilir. Apelyasiya Məhkəməsinin saytında Meydan TV ilə yanaşı Azadlıq Radiosu Turan TV, “Azərbaycan saatı” və s. bloklanmış media resursları ilə bağlı Apelyasiya Məhkəməsinin qərarının ləğv olunduğu qeyd olunub. Digər saytlarla…

Taleh Bağırzadənin xanımı məhkəmə qarşısına çıxarılacaq

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə cinayət məsuliyyətinə cəlb olunur. O, sentyabrın 27-nə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılıb. Bu barədə Meydan TV-yə danışan L.İsmayılzadə bildirib ki, onunla əlaqə saxlayan müstəntiq birbaşa deməsə də, deyilənlərdən barəsində cinayət işi başlandığı aydın olub: “Dedi ki, vəkillərimlə gəlim. Həm də belə bir cümlə işlətdi ki,…

Bakıda polis qanuni fəaliyyətini yerinə yetirən jurnalistə təzyiq edib

Bakıda polis qanuni peşə faəliyyətini yerinə yetirən “Amerikanın səsi” radiosunun əməkdaşı jurnalist Tapdıq Fərhadoğluna qarşı zorakılıq göstərib və onun peşə fəaliyyətinə mane olub. Media hüququ üzrə mütəxəssis Xalid Ağalı bu barədə facebook-da məlumat verib: “Bakıda peşə fəaliyyətini yerinə yetirən jurnalist, “Amerikanın səsi”nin əməkşdaşı Tapdıq Fərhadoğlunu polislər saxlayıb. Jurnalistin peşə alətləri – mikrofon və kamertası əlindən…

Əfqan Muxtarlı aclıq aksiyasına başlayıb

Turan xəbər verir ki, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq aksiyasına başladığını elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki təzyiqlərə etiraz edir. Ə.Muxtarlının bəyanatı sosial şəbəkələrdə yayılıb. “Sentyabrın 20-də baş vermiş qanunsuzluğa və vəkilimə qarşı zorakılığa etiraz olaraq aclığa başlayıram. Rəis müavini (koloniyanın) Emin Eminəliyev siyasi məhbuslara…

Həbs müddəti başa çatan şəxs azadlığa buraxılmır

İctimai fəal Rafael Hüseynzadənin həbs müddətindən 4 gün keçməsinə baxmayaraq azadlığa buraxılmayıb. “Rafael Hüseynzadə Abşeron rayon Məhkəməsinin 2 sentyabr qərarı ilə inzibati qaydada 15 sutka həbs edilib. Lakin Hüseynzadənin həbs müddəti sentyabrın 17-də başa çatsa da, o, hələ də qanunsuz olaraq həbs yerində saxlanılır,” vəkil Amerikanın Səsinə bildirib. Vəkilin sözlərinə görə, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi…

Əfqan Muxtarlının vəkili cəzaçəkmə müəssisəsində fiziki təzyiqə məruz qalıb

Həbsdə olan jurnalist, siyasi məhbus Əfqan Muxtarlının vəkili Nemət Kərimli bu gün – 20 sentyabr 2019-cu ildə 16 saylı cəzaçəkmə müəssisəsində fizikin təzyiqə məruz qaldığını bildirib. Bu barədə vəkl facebook hesabına yazıb. Cənab Kərimli bildirib ki, cəzaçəkmə müəssisəsinə daxil olanda onun üzərində axtarış aparmaq istəyiblər. Bu, qanunazidd olsa da, gərginlik yaratmamaq üçün icazə verib və…

Almaniyada azərbaycanlı deportasiya ediləcəyi üçün özünü yandırıb

Almaniyadadan Azərbaycana deportasiya olunan daha bir nəfər özünə qəsd edib. “Leqat” İnteqrasiya Mərkəzinin yaydığı məlumata görə, o, Sumqayıt şəhər sakini 34 yaşlı Emil Bağırovdur. Emil Bağırov Hermefkeil şəhərində məskunlaşdığı qaçqın düşərgəsində üzərinə benzin tökərək özünü yandırıb. Məlumatda deyilir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) tərəfindən sığınacaq istəyi rədd edilən 34 yaşlı…

Tovuz məhkəməsinin sabiq sədri öldürülüb

Tovuzda rayonun keçmiş məhkəmə sədri Firudin Muxtar oğlu Ələkbərovun güllələndiyi bildirilir. “Report”un məlumatına görə, 1963-cü ilə təvəllüdlü F.Ələkbərov 3 güllə yarası alıb və aldığı yaralardan xəstəxanada ölüb. Faktı Tovuz Rayon Prokurorluğu təsdiqləyib. Qurumdan APA-ya verilən məlumata görə, faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına…

AXCP fəalı oğurlanıb

AXCP fəalı Ruslan Əmirli sentyabrın 10-da Bakıda oğurlanaraq naməlum istiqamətə aparılıb. Onu Milli Onkologiya Mərkəzinin qarşısından aparıblar. Məlumatı onun dostları sosial şəbəkələrdə paylaşıblar. AXCP fəalını kimlərin oğurladığı bilinmir. Bir neçə gün qabaq onu özünü “fədailər qrupunun başçısı” kimi təqdim edən, sosial şəbəkədə əlisilahlı fotoları yayılmış Fuad Muradov ölümlə hədələmişdi. Ruslan Əmirli kütləvi tədbirlər zamanı partiya…