Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (Layihə)

Qanunvericilik fəaliyyətinin əsas məqsədlərindən biri ictimai münasibətlərdə hüquqi müəyyənlik prinsipinin təmin edilməsidir. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, həm vətəndaşlar arası, həm də vətəndaş-publik hakimiyyət arası münasibətlərdə hüquqla nizamlanmayan boz zonalar olmasın. Rəsmi məlumata əsasən aparılmış monitroinq nəticəsində Bakı şəhəri və şəhər ətrafı ərazilərdə 500.000 artıq sənədləşdirilməmiş ev vardır. Bu evlərin əksəriyyətin mövcudluq yaşı 30…

Alternativ xidmət haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (Layihə)

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının əqidəsinə görə keçə bilmədikləri həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasının hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Qanun layihəsinin tam mətni ilə qoşma fayldan tanış ola bilərsiniz: Alternativ Herbi Xidmet haqqinda

Milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquqlarının qorunması haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (Layihə)

Bu Qanunun məqsədi Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların (bundan sonra etno-azlıqların) Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 32-ci, 44-cü, 45-ci, 127-ci maddələri ilə habelə digər maddələrində təsbit olunmuş hüquq və azadlıqlarının sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsinin Azərbaycanın qoşulduğu beynəlxalq hüquq normalarına sadiq qalmaqla hüquqi əsaslarını müəyyənləşdirməkdən ibarətdir.…

Vətəndaşların qanunvericilik təşəbbüsü haqqında Azərbaycan Respublikasının Qanunu (Layihə)

Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsi ilə təsbit olunmuş Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququndan istifadə etmək qaydasını müəyyən etməkdən ibarətdir. Qanun layihəsinin tam mətni ilə qoşma fayldan tanış ola bilərsiniz: Qanunverilicik_teshebbusu_huququ

AĞ VƏRƏQ: Vətəndaşların Müraciətlərinə Əsaslanan Sosial-İqtisadi Araşdırma və təkliflər

İnkişaf etmiş cəmiyyətlərdə qanunverciliyin hazırlanmasında və həyata keçirilməsində ictimai iştirakçılıq demokratiyanın ən vacib elementlərindən hesab olunur. Belə ki, ictimai iştirakçılıq təkcə qanunların effektivliyini yoxlamaq üçün deyil həmdə insanların öz həyatlarının hər hansı bir hissəsinə təsir edəcək bu qanunların hazırlanmasında öz fikirlərinin rol oynadığını anlamaları üçün aktivləşməyi (public activation), qanuni çərçivədə iştirakçılığı və hüquqları olan məsələlər…