Siyasi məhbusun vəziyyəti ağırlaşıb – “O, uzun müddət tab gətirə bilməz”

«Əbülfəz onsuz da yataq xəstəsiydi, hərəkət edə bilmirdi. İndi vəziyyəti lap pisləşib. Dünən (iyunun 5-də-red.) yanına getmişdik, elə gündədir ki, görəndə tanımadıq. O, uzun müddət tab gətirə bilməz», – Leyla Bünyadova həyat yoldaşı Əbülfəz Bünyadov haqqında danışır. «Müsəlman Birliyi» Hərəkatı İdarə Heyətinin üzvü Ə.Bünyadov hərəkət qabiliyyətini tam itirib. 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı…