Xalq Cəbhəsinin ilk samizdat qəzeti – “Meydan”

1988-ci ilin fevralında Qarabağdakı erməni separatizminə qarşı Bakıda başlayan mitinqlər ilin sonuna yaxın yeni bir hədəfə yönəldi. 1988-ci ilin 17 noyabrından başlayan Meydan hərəkatında Azərbaycanın müstəqil dövlət olması ilə bağlı çağırışlar səsləndirilirdi. İstər indiki Azadlıq meydanında sovet qoşunlarının 5 dekabrda dağıtdığı 18 günlük mitinqlər, istərsə də bundan öncəki mitinqlər bir ehtiyacı ortaya çıxardı – Azərbaycanın…

Siyasi məhbuslar üzrə məruzəçinin Bakıya səfəri təxirə salınıb

Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna bu həftə Azərbaycana gələ bilməyəcək. Ölkə hakimiyyəti bayramla əlaqədar səfəri “əlverişsiz” hesab edib. “Hakimiyyət və vətəndaş cəmiyyəti ilə siyasi məhbuslar məsələsinin müzakirəsi üçün Azərbaycana səfərimin təxirə salınmasından məyus oldum. Hakimiyyət bayramla əlaqədar həmin günlərin əlverişsiz olduğunu bildirdi. Sentyabrı gözləyəcəyik”, – iyunun 4-də o, Tvitterdəki akkauntunda yazıb.…