Əli Kərimli “səhvən” saxlanıldı və buraxıldı

Müsavat Partiyasının qərargahında iyunun 28-də siyasi motivlərlə həbs olunan şəxslər üçün keçrilən dəstək marafonuna polis müdaxiləsi olub. Polis AXCP sədri Əli Kərimlini saxlayıb. Partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseynin Meydan TV-yə verdiyi məlumata görə, Əli Kərimli və mühafizəçi Ruslan Əmirov Binəqədi Rayon Polis İdarəsinə aparılıblar: “Dəstək marafonu qapalı şəraitdə, qərargahda keçirilir. Polisin bura xəbərdarlıq etmədən…

2,14 milyon manatlıq saat

DailyMail nəşrinin yazdığına görə, İspaniyanın məşhur İbiza çimərliyində azərbaycanlı turistdən zorla bahalı saatını alıblar. Belə ki, 22 yaşlı turist dostu ilə sahillə gəzərkən, cinayət hadisəsi baş verib. 22 yaşlı gənc qolundan və biləyindən yaralanıb. O, dərhal yerli polisə müraciət edib. Xəbər yayılandan sonra Azərbaycan sosial mediasında bu şəxsin kim olması, daha doğrusu onun hansı məmurun…

Azərbaycan xalqı və seçki

Bu gün Türkiyənin İstanbul şəhərinə yeni bələdiyyə başçısı – mer seçildi. Cümhuriyyət Xalq Partiyasından Ekrem İmamoğlu 31 martda keçirilmiş və nəticəsi ləğv edilmiş seçkinin əvəzinə bu gün keçirilmiş seçkidə inamlı qələbə qazandı. O, ən yaxın izləyicisi – Ədalət və İnkişaf Partiyasından Bineli Yıldırımı 777 min səsdən çox fərqlə qabaqladı. Azərbaycanda da bu seçkiyə maraq böyük…

İşgəncələrlə tanınmış məmur nazir oldu

Prezident İlham Əliyevin bugünkü sərəncamları ilə Mədət Quliyev Dövlət Təhlükəsizlik Xidməyinin sədri vəzifəsindən azad olunub, yenidən bərpa edilmiş Müdafiə Sənayesi naziri vəzifəsinə təyin edildi. Mədət Quliyevin yerinə keçmiş Milli Təhlükəsizlik nazirinin müavini Əli Nağıyev təyin edildi. Bundan başqa digər sərəncamlarla 25 ildən artıqdır ki, Daxili İşlər naziri olan Ramil Usubov vəzifəsindən azad edilərək, Dövlət Təhlükəsizlik…

Əmək haqlarının artırılması çıxış yoludurmu?

Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamlarla  Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatını və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqını və minimum aylıq əməkhaqqını artırıb. Belə ki, Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatı 40%, dövlət ümumi təhsil…

Keçmiş siyasi məhbusun atası ondan imtina etdi

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu keçmiş müstəntiq və siyasi məhbus Rüfət Səfərova məktub yazıb. Məktubun surətini Rüfət Səfərov facebook-da paylaşıb. məktubda deyilir: “Rüfət, heç istəməzdim belə olsun. Ancaq bu da mənim taleyimdir. Barışmaqdan özgə çarəm yoxdur. Allahın verdiyi ömür nə zaman dayancaq, bir söz deyə bilmərəm. Yaradanın əlindədir. Bu qısa məktubumu…

Siyasi məhbusun vəziyyəti ağırlaşıb – “O, uzun müddət tab gətirə bilməz”

«Əbülfəz onsuz da yataq xəstəsiydi, hərəkət edə bilmirdi. İndi vəziyyəti lap pisləşib. Dünən (iyunun 5-də-red.) yanına getmişdik, elə gündədir ki, görəndə tanımadıq. O, uzun müddət tab gətirə bilməz», – Leyla Bünyadova həyat yoldaşı Əbülfəz Bünyadov haqqında danışır. «Müsəlman Birliyi» Hərəkatı İdarə Heyətinin üzvü Ə.Bünyadov hərəkət qabiliyyətini tam itirib. 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı…

Prokurorluq jurnalistin ölkədən çıxışına qadağanı götürməkdən imtina edib

Şahvələd Çobanoğlu: ”Bunlar mənim jurnalist dəyərlərimi və ictimai baxışlarımı dəyişən deyil” Vəkil Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qadağanın götürülməsi ilə bağlı Baş Prokurorluğa müraciət edib. Son vaxtlar bir neçə jurnalistin ölkədən çıxışına qadağanın götürülməsindən sonra vəkil Şahvələd Çobanoğlunun üzərindən də səfər qadağasının qaldırılacağını gözləyirmiş. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq…

Siyasi məhbus tanınmaz hala düşüb

2015-ci il noyabrın 26-da Nardaran əməliyyatının keçirildiyi evin sahibi, özü də həmin əməliyyatda onurğasından güllələnərək ömürlük hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadovun durumunun kəskin ağırlaşdığı bildirilir. Bu haqda Meydan TV-yə Ə.Bünyadovun həyat yoldaşı Leyla Bünyadova məlumat verib. “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü, iflic olmasına baxmayaraq, əməliyyat günü tutularaq, 15 il azadlıqdan məhrum edilən Ə.Bünyadov illərdir…

”Polis rəisi deyirdi ki, harası ağrıyırsa, orasından vurun…”

Gəncə hadisələrinə görə həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinin işi məhkəməyə göndərilib. Hətta iki qrupa artıq hökm də oxunub. Onlar isə hökmdən narazı qalıb apelyasiya şikayəti veriblər. Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Bakı Apelyasiya Məhkəməsində onların şikayətinə baxırlar. İyunun 4-də Bakı Apelyasiya Məhkəməsinin binasında hakim Çingiz Məmmədovun sədrliyilə 11 nəfərlik qrupun şikayətlərinə…