Bayram Məmmədov universitetdən xaric edilib

Keçmiş “heykəl məhbusu” Bayram Məmmədov təhsil aldığı Slavyan Universitetindən xaric olunub. Bu barədə mayın 14-də universitetdən Bayram Məmmədovun ailəsinə zəng edib deyiblər. Məlumatı Meydan TV-yə Bayram Məmmədovun özü verib. Universitetin Tərcümə fakültəsində təhsil aldığını söyləyən Bayram Məmmədov deyir ki, sabah, mayın 15-də vəkili Elçin Sadıqovla məsləhətləşəndən sonra məhkəməyə şikayət edəcək. Gənc fəalın sözlərinə görə, universitetdən…