Nardaran məhbusunun bacısı: “Ayağı şişib, qızdırma verir, müalicəyə qoymurlar”

Nardaran məhbuslarından Abbas Hüseynovun səhhətində ciddi problemlər var. Bu barədə onun bacısı Sevinc Hüseynova məlumat verib. Bacısı iddia edir ki, Abbasa verilən işgəncələr onun orqanizmində ciddi fəsadlar yaradıb: “Axırıncı dəfə Qobustan həbsxanasından aparılanda həbsxananın rəisi Aftandil Ağayev şəxsən özü ona işgəncə vermişdi. Onu qısa müddətə Kürdəxanı təcridxanasına köçürmüşdülər, oradan da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə apardılar.…

Yeni layihə başlandı – #GücümüzBərabərdir

7 may tarixində qadın və kişilərin bərabər imkanlar və hüquqlarla təmin olunmasına çağıran  #GücümüzBərabərdir layihəsi başladı. Layihə insanları  Qadın və kişi hüquq bərabərliyini təmin etməyə  və qadın iştirakçılığının artırılmasına dəstək olmağa çağırır. Layihə çərçivəsində qadın və kişinin bərabər olduğunu dəstəkləyən hər kəs əl-ələ şəkillərini sosial media hesablarından paylaşaraq layihəyə dəstəyini bildirir. #GücümüzBərabərdir sosial kampaniyası cəmiyyətdə…