İzah: Avropa Şurasının Azərbaycana qarşı pozuntu proseduru

EHRAC-ın Hüquq Məsləhətçisi Ramute Remezaite və Stajoru Jack Dahlsen pozuntu prosedurunun mahiyyətini və onun Azərbaycana qarşı tətbiqinin əhəmiyyətini izah edir. Ramute bundan öncə, 2017-ci ilin martında Azərbaycana qarşı pozuntu prosedurunun tətbiqi ehtimalını European Journal of International Law Talk! blog-u üçün müzakirə etmişdi. Bu mövzuyla bağlı həmçinin 2017-ci ilin aprelində Dr. Alice Donald’un EJIL Talk! üçün…

Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı verdiyi qərar nə deməkdir? Rəsul Cəfərov izah edir

Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası bu gün Azərbaycanın Avropa Şurasındakı üzvlük öhdəliyini pozduğu barədə qərarını açıqlayıb. Məhkəmə 46.1-ci maddənin pozuntusunu tanıyıb və qərar Nazirlər Komitəsinin müraciətinə əsasən qəbul edilib. Müraciətə səbəb isə Azərbaycan hökumətinin REAL Partiyasının sədri İlqar Məmmədovu azadlığa buraxmaması olub. Bu qərar niyə qəbul edilib və əhəmiyyəti nədir? Növbəti mərhələdə Avropa Məhkəməsi…

Penitensiar Xidmət siyasi məhbusların vəkilinə qarşı ayrıseçkilik edir

Vəkil Şəhla Hümbətova müdafiə etdiyi şəxslərlə görüşmək üçün cəzaçəkmə müəssisələrinə buraxılmadığını deyir. Bu barədə o, facebook statusunda yazıb. Vəkil bildirir ki, 5 aydır ki, Penitensiar Xidmətin əməkdaşları onu müxtəlif bəhanələrlə cəzaçəkmə müəssisələrinin qapılarından geri qaytarırlar. Belə ki, 15 saylı cəzaçəkmə müəssisəsinə 3 dəfə buraxılmayıb. Ondan yeni məktub istənilib. Şəhla xanım və yanındakı digər vəkil uzun-uzadı…

Tbilisidə azərbaycanlıların aksiyası

Bu gün jurnalist, siyasi məhbus Əfqan Muxtarlının Gürcüstanda oğurlanıb, Azərbaycana gətirilməsindən 2 il keçir. Gürcüstan hakimiyyət orqanları ilə Azərbaycan hüquq mühafizə orqanlarının birlikdə həyata keçirdiyi əməliyyat olduğu ehtimal olunan hadisə nəticəsində Əfqan Muxtarlı həbs edilmiş, işgəncəyə məruz qalmış, jurnalistlik fəaliyyətinə görə uydurma ittihamlarla cinayət məsuliyyətinə cəlb edilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu gün…

Prezident seçkilərini çəkən jurnalist məhkəməyə verildi

251 nömrəli məktəbin direktor müavini Elmira Alandarova jurnalist Sevinc Vaqifqızını məhkəmə verib. Binəqədi Rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Bir il öncə prezident seçkiləri zamanı jurnalist Elmira Alandarovanı lentə alıb. Kadrlarda Elmira Alandarova 25 saylı Nizami II seçki dairəsinin hər iki məntəqəsində görünür. “Qadın 3 versiya irəli sürüb. Polisə verdiyi ifadəsində…

Jurnalist həbs olundu

Bu gün jurnalist Səxavət Məmməd Ağdam rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs cəzası ilə cəzalandırılıb. Həbsə səbəb jurnalistin yazısı olduğu ehtimal olunur. Belə ki, Səxavət Məmməd bir neçə gün əvvəl ordunun Baş Qərargah rəisi Nəcməddin Sadıqovun pensiya yaşına çatması barədə yazıb. Bunun ardınca yazdığı yazıda jurnalist qeyd edib ki, generalın trolları sosial…

Boston meri Azərbaycan Cümhuriyyəti ilə bağlı Bəyannamə imzaladı

Bostonda yaşayan azərbaycanlı cütlük – Hikmət Qasımzadə və Aygün Səfərli Boston şəhərinin meri Marty Walsh-la Azərbaycan Cümhuriyyəti ilə bağlı davamlı yazışmalar aparmışlar. Nəticədə mayın 23-də Marty Walsh xüsusi Bəyannamə verərək, 28 mayı Azərbaycan Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü kimi tanıyıb, Bostondakı Azərbaycan cəmiyyətini təbrik edib və Azərbaycan Cümhuriyyətinin tarixdəki roluna qiymət verib. Hikmət Qasımzadə bildirir ki,…

Bakıda Siyasi repressiya qurbanları muzeyi açılıb

Azvision. az məlumat verir ki, mayın 24-də Dövlət Sərhəd Xİdmətinin inzibati binasında Siyasi repressiya qurbanları muzeyinin açılışı olub. Açılışda Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş Prokurorun birinci müavini…

Polis Müsavat Partiyası başqanının evinə zorla girib

Müsavat Partiyası Mətbuat xidmətinin məlumatı. Bu gün Zaqatalada bir qrup polis əməkdaşı Müsavat başqanı Arif Hacılının ata yurduna girib. Məlumatda bildirilir ki, bu gün axşam saatlarında iki polis maşını ilə gələn 7-8 nəfər polis əməkdaşı darvazanı zor gücünə açaraq Müsavat başqanı Arif Hacılının ata yurduna daxil olublar. Polis əməkdaşları qonşulardan əvvəl Vaqif Hacıbəylinin, daha sonra…

Milli Məclis vətəndaş cəmiyyətini “eşitdi”

ONA informasiya agentliyinin verdiyi məlumata əsasən, bu gün Milli Məclisin Hüquq Siyasət və Dövlət Quruculuğu Komitəsinin iclasında “Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə edilib. Bu qanun layihəsi 2009-cu ildə Konstitusiyaya edilmiş düzəlişə əsasən, vətəndaşlara verilmiş qanunvericilik təşəbbüsü hüququnun reallaşdırılması mexanizminin işlənib-hazırlanması məqsədini güdür. Qanun layihəsi 10 maddədən ibarətdir və müzakirələrdən…