#FreeThemAll – Hamısını azad et

Azərbaycanda 2019-cu ilin əvvəllərində bir çoxu tərəfindən ölkədə islahatların başlanğıcı kimi qəbul olunan hadisələr qeydə alındı. Martın 16-da, Novruz bayramı ərəfəsində prezidentin əfv haqda sərəncamı ilə 399 məhbus azadlığa çıxdı. Onlardan 52 nəfəri siyasi məhbuslardır. Bu, siyasi məhbusların belə bir miqyasda ilk əfvi idi. Yerli hüquq müdafiəçiləri, azadlığa çıxan fəallar və onların vəkilləri buna əsasən…

Jurnalist “Bandotdel”-ə çağırılıb

24saat.org saytının redaktoru Vüqar Qurdqanlı “Bandotdel”-ə (Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə) çağırılıb. Bu barədə o, özü məlumat verib: “Bu gün 16:45-də istifadə etdiyim 0552669250 nömrəli telefona 0502119335 nömrəli telefondan zəng gəldi. Danışan şəxs özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisi kimi təqdim etdi, adının Heydər olduğunu bildirdi. Mənim idarəyə dəvət olunduğumu dedi. Rəsmi çağırış…

Qala divarlarına qarşı vandalizm

İçərişəhərdə qala divarlarına bitişik tikililərlə bağlı bir neçə gündür, sosial mediada görünən narahatlıq dünən yayılmış görüntülərlə haqlı təsdiqini tapdı. Belə ki, divarlara İçərişəhər tərəfdən bitişik olan Kiçik Qala və Qüllə küçələrində tikilmiş və hazırda da tikintisi davam edən bəzi restoranlar tarixi qala divarlarına bitişikdir. Bu barədə məlumat əldə etmək istəyən şəxslərə bildirilib ki, tikinti bitəndən…

Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb

Əfqan Muxtarlının səhhətində ciddi problemlər yaranıb. Bu barədə siyasi məhbusun həyat yoldaşı Leyla Mustafayeva məlumat verib. Leyla xanım facebook profilində yazıb ki, Əfqan Muxtarlı saxlanıldığı cəzaçəkmə müəssisəsindən zəng edərkən, gözlərində güclü ağrıların olduğunu, eləcə də uroloji müayinədən keçməli olduğunu bildirib. Leyla xanımın bildirdiyinə görə indiyə qədər Əfqan bəyin həbsdə keçdiyi müayinələr barədə Penitensiar Xidmət onlara…

ABŞ səfiri Azərbaycanda söz azadlığı və islahatlardan danışıb

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi barədə təklifin təfsilatından xəbərsizdir.   Bu barədə səfir Litzenberger aprelin 20-də Bakıda jurnalistlərin suallarını cavablandırarkən bildirib.   Eyni zamanda, o, əlavə edib: “Amma hər iki dövlətin xarici işlər nazirlərinin Moskva görüşündən xəbərim var və bu görüşdən sonra verilmiş bəyanatlardan çox…

Səid Dadaşbəylinin dəstəsinin həbsdə olan üzvləri məhkəməyə müraciət ediblər

Vəkil: “Cəzalarının çoxunu çəkdikləri üçün azadlığa buraxıla bilərlər” 2007-ci ildə 13,6 il azadlıqdan məhrum edilən Səid Dadaşbəyli, Ceyhun Əliyev və Cahangir Kərimov cəzalarının 12,3 ilini çəkdikləri üçün vaxtından əvvəl azadlığa buraxılmaları ilə bağlı məhkəməyə müraciət ediblər. Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib. Vəkil Cinayət Məcəlləsinin 76, Cinayət Prosesual Məcəllənin 513-cü maddələrini əsas gətirərək bildirib…

“#hamısınıazadet” kampaniyası çərçivəsində Baş Prokurora və Penitensiar Xidmətə müraciət edilib

“#hamısınıazadet #freethemALL” kampaniyası çərçivəsində bütün siyasi məhbusların azadlığa buraxılması üçün geniş ictimaiyyət tərəfindən dəstəklənən Baş Prokurorluğa və Penitensiar Xidmətə ünvanlanan müvafiq müraciətlər rəsmi qaydada hər iki ünvana göndərilib. Bu barədə hüquq müdafiəçisi Rəsul Cəfərov facebook səhifəsində yazıb. O Baş Prokurorluğun və Penitensiar Xidmətin müraciətlərinə cavab verəcəyinə ümid edir. “Müraciətlər vasitəsilə jurnalistlər Əfqan Muxtarlı və Elçin…

Hakimiyyət “heykəl məhbuslarına” qarşı niyə amansızdır?

Leyla ƏliyevaTəhlilçi, Oxford Universiteti Prezident İlham Əliyevin mart ayında əfv etdiyi məhbsular arasında iki heykəl məhbusu da vardı – Qiyas İbrahimov və Bayram Məmmədov. Gənclər 2016-ci ilin may ayında, hazırkı prezidentin atası – mərhum Heydər Əliyevin abidəsinin pyedestalına qrafiti yazandan sonra həbs olunmuşdular. Qrafiti hər il keçirilən Gül bayramı ilə bağlı idi və abidə pyedastalında…