Ruhulla Axundzadə və oğlu aclıq aksiyası keçirir

İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Oqtay Gülalıyev Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, R. Axundzadə “kars”a (cərimə təcridxanası) salınmasına etiraz əlaməti olaraq bu addımı atıb. Onun həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də atasına dəstək olmaq məqsədilə…