”Gözlənilən əfv sərəncamından siyasi məhbusların heç biri kənarda qalmamalıdır”

“Hamısını azad edin!” kampaniyasının əsas məqsədi gözlənilən əfv sərəncamı nəticəsində siyasi məhbuslardan heç kimin kənarda qalmamasıdır. Kampaniyaya start martın 4-də verilib. Bunu Meydan TV-yə hüquq müdafiəçisi Rəsul Cəfərov deyib. Onun sözlərinə görə, siyasi məhbus probleminə yanaşma dəyişməlidir: “3-5 nəfər siyasi motivlərlə həbs olunanı əfv etmək, qalanlarını da sonra azad etmək haqda bəyanat heç nəyi dəyişmir.…