Almaniyada azərbaycanlı deportasiya ediləcəyi üçün özünü yandırıb

Almaniyadadan Azərbaycana deportasiya olunan daha bir nəfər özünə qəsd edib. “Leqat” İnteqrasiya Mərkəzinin yaydığı məlumata görə, o, Sumqayıt şəhər sakini 34 yaşlı Emil Bağırovdur. Emil Bağırov Hermefkeil şəhərində məskunlaşdığı qaçqın düşərgəsində üzərinə benzin tökərək özünü yandırıb. Məlumatda deyilir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) tərəfindən sığınacaq istəyi rədd edilən 34 yaşlı…

Tovuz məhkəməsinin sabiq sədri öldürülüb

Tovuzda rayonun keçmiş məhkəmə sədri Firudin Muxtar oğlu Ələkbərovun güllələndiyi bildirilir. “Report”un məlumatına görə, 1963-cü ilə təvəllüdlü F.Ələkbərov 3 güllə yarası alıb və aldığı yaralardan xəstəxanada ölüb. Faktı Tovuz Rayon Prokurorluğu təsdiqləyib. Qurumdan APA-ya verilən məlumata görə, faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına…

AXCP fəalı oğurlanıb

AXCP fəalı Ruslan Əmirli sentyabrın 10-da Bakıda oğurlanaraq naməlum istiqamətə aparılıb. Onu Milli Onkologiya Mərkəzinin qarşısından aparıblar. Məlumatı onun dostları sosial şəbəkələrdə paylaşıblar. AXCP fəalını kimlərin oğurladığı bilinmir. Bir neçə gün qabaq onu özünü “fədailər qrupunun başçısı” kimi təqdim edən, sosial şəbəkədə əlisilahlı fotoları yayılmış Fuad Muradov ölümlə hədələmişdi. Ruslan Əmirli kütləvi tədbirlər zamanı partiya…

Adil İsmayılovun 1 illik vəkillikdən uzaqlaşdırıldığı bildirilir

Vəkil Adil İsmayılovun fəaliyyətinə 1 illik qadağa qoyulduğu bildirilir. “Qafqazinfo”saytının məlumatına görə, Adil İsmayılovdan şikayəti onun həmkarı edib və müvafiq qərar Vəkillər Kollegiyası tərəfindən qəbul edilib. Meydan TV-nin şərh almaq üçün müraciətinə Adil İsmayılov rəsmi qərar açıqlanmayınca danışmaq istəmədiyini bildirib. Bundan əlavə, o, şikayət verən həmkarının da adını deməyib. Adil İsmayılov son zamanlar sosial şəbəkələrdə…

Gəncə məhbusları iki gündür aclıq aksiyası keçirdiklərini bildirirlər

Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfər – Bəkrəm Əliyev, Həbib Qurbanov, Elmir Hüseynzadə, Vüqar Yusifov, Şahin Verdiyev, Emil Məmmədov, Mirzə Hüseynov və Asif Cavadov sentyabrın 5-dən aclıq aksiyasına başladıqlarını bildiriblər. Onlar sentyabrın 6-da öz məhkəmələrində bu barədə məlumat veriblər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər bildiriblər ki,…

AŞPA məruzəçisi penitensiar müəssisələrdə bir sıra siyasi məhbuslarla görüşüb

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra məhbusla görüşüb. Məruzəçi Bakıya səfəri sentyabrın 5-7 tarixlərində edib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Əfqan Muxtarlı, “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə, onun köməkçisi Abbas Hüseynov və Səid Dadaşbəyli ilə görüşüb. Siyasi məhbusların vahid siyahısının tərtib…

Avropalı məruzəçi Azərbaycana niyə gəlib, kimlərlə görüşüb və nə danışıb?

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbus sayılan şəxslər üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir dünən Azərbaycana gəlib. Səfəri çərçivəsində o, bir qrup hüquq müdafiəçisi ilə görüşüb. Görüşdə iştirak edən hüquq müdafiəçisi Rəsul Cəfərov məruzəçinin Azərbaycan səfəri ilə bağlı Mikroskop-un suallarını cavablandırıb. Torhildur Sunna Evarsdottir Azərbaycana niyə gəlib? Görüş zamanı o, açıq qeyd etdi ki,…

Cahangir Hacıyev məhkəmədə Kremlin yanındakı malikanələrdən danışıb

Beynəlxalq Bankdan 4.7 milyard manatlıq məninmsəmə ilə bağlı 9 ay davam edən məhkəmə prosesi yekunlaşır. Sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev son sözünü deyib. 2015-ci il dekabrın 4-dən həbsdə olan və bundan əvvəlki cinayət işi üzrə 15 il azadlıqdan məhrum edilən C.Hacıyevə bu dəfə prokuror əvvəlki hökm də nəzərə…

Polis milli mentalitetin qorunmasına nəzarət etməyə başlayır

Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir. Bu məqsədlə bu gündən başlayaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyən olunaraq icraya yönəldilib. Bildirilir ki, paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, Bakıda…

Jurnalist Seymur Həzi azadlığa çıxıb

Avqustun 29-da səhər saat 7.15-də jurnalist Seymur Həzi 5 illik azadlıqdan məhrumetmə müddəti bitəndən sonra azadlığa buraxılıb. Meydan TV-nin suallarına cavab verən Seymur Həzi bildirib ki, o, azadlığa çıxacağına və ya hər hansı təxribat olacağına hazır idi: “Ümumiyyətlə hər şeyə hazır idim. Azadlığımla bağlı xüsusi bir hissim yoxdur və elə bir fərq görmürəm. Adətən azad…