Rəsul Cəfərov: “Azərbaycanda insan haqlarının vəziyyəti olduqca acınacaqlıdır”

Ölkədə insan haqlarının vəziyyəti olduqca acınacaqlıdır. Bunu Meydan TV-ə hüquq müdafiəçisi Rəsul Cəfərov dekabrın 10-da bütün dünyada qeyd olunan Beynəlxalq İnsan Hüquqları günü münasibətilə danışarkən, deyib. 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edib. Həmin ildən hər il dekabrın 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd olunur.…