”Mehman azadlığa çıxacağı sonuncu həftələri sayırdı”

  Bloger Mehman Hüseynov atası ilə görüşündə azadlığa çıxacağı sonuncu həftələri sayırmış. Amma yeni ittihamlarla onu 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Rəsmi məlumata görə Mehman Hüseynov ədliyyə leytenantı Əli Abdalova xəsarət yetirib, otaqdakı əşyaları qırıb və üzərində saxlanılması qadağan olan 461 manat pul aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə zor tətbiq…

“Dövlət İncəsənət Muzeyindəki avadanlıqlar İtaliya adı ilə Çindən gətirilib”

Dövlət İncəsənət Muzeyinin dizayn işlərini görmək üçün Azərbaycana gələn Giuseppe Massascusa necə müflisləşdirildi… 2006-cı ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin binasında yenidənqurma və təmir işlərinə başlanılır. 2009-cu ilin sentyabrında prezident təmirdən sonra istifadəyə verilən muzeyin üçmərtəbəli binası ilə tanış olur. Kompleksin yeni layihəsinə uyğun olaraq, keçid korpusunun…

Rəsul Cəfərov: “Azərbaycanda insan haqlarının vəziyyəti olduqca acınacaqlıdır”

Ölkədə insan haqlarının vəziyyəti olduqca acınacaqlıdır. Bunu Meydan TV-ə hüquq müdafiəçisi Rəsul Cəfərov dekabrın 10-da bütün dünyada qeyd olunan Beynəlxalq İnsan Hüquqları günü münasibətilə danışarkən, deyib. 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edib. Həmin ildən hər il dekabrın 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd olunur.…

Çin hökumətinin görməyimizi istəmədiyi fotolar

Məşhur Çin fotoqrafı bu ilin 23 oktyabrında Çinin Xinjiang əyalətinin mərkəzi Urumçi şəhərinə uçub. O orada bir neçə fotoqrafiya tədbirində iştirak etməyi planlaşdırırdı. Sonra Lu Siçuan şəhərinə dostu Çenlə görüşməyə gedəcəkdi. Lakin Çen fotoqrafı tapa bilməyib. Fotoqrafın arvadı Xu Xiaoli bildirir ki, onun noyabrın 3-dən bəri ərindən xəbəri yoxdur. Xanım Xiaoli ərini Urumçiyə dəvət edən…

AB ilə müqavilə demokratik öhdəlikləri əhatə edəcəkmi?

Vətəndaş cəmiyyəti fəallarından ibarət böyük qrup Azərbaycan hökumətinə və Avropa İttifaqına müraciət qəbul edib. Müraciətdə əməkdaşlıq haqqında gələcək müqaviləyə hüquqi və siyasi islahatların daxil edilməsinin vacibliyi qeyd olunub. Müəlliflər xatırladırlar ki, 24 noyabr 2017-ci il tarixində imzalanmış “Şərq Tərəfdaşlığı” sammitinin birgə bəyannaməsində Aİ və Azərbaycan dərin və hərtərəfli əməkdaşlıqla bağlı iradələrini təsdiq ediblər. Aİ və…

Paris üsyanını Banksy yaradıb?

Hazırda Parisdə etirazlar davam edir. Graffitistreet saytı isə 2018-ci ilin iyununda yazırdı ki, məşhur Britaniya qraffiti ustası Banksy-nin Paris küçələrindəki əsərləri Parisdə üsyan yaradır. Bu qraffitilər 1968-ci ildə milyona yaxın adamın iştirakı ilə keçirilmiş və preziden De Gaulle-un istefasını tələb edən Paris tələbə üsyanlarının 50 illiyinə həsr olunmuşdu. Sorbonna Universiteti ərazisində çəkilmiş qraffitidə 1968 ədədindəki…

100 min nəfərə məhkum: Azərbaycanda – 249, Ermənistanda – 129

Azadlıq Radiosunun məlumatına görə, Avropa Şurasının 2005-2015-ci illəri əhatə edən “Avropada həbsxanalar” hesabatı yayılıb. Hesabata əsasən, bu 10 il ərzində məhkum sayı coğrafi cəhətdən sabit qalsa da, şərqdən qərbə getdikcə, əsasən azalma müşahidə olunur. Hər 100 min nəfərə düşən məhkum sayı Azərbaycanda 249, Ermənistanda 129, Gürcüstanda 274, Rusiyada isə 440 nəfərdir. Hesabatda deyilir ki, 2005-ci illə…