Müsavat Partiyasının üzvü həbs olunub

Müsavat Partiyası Xətai rayon təşkilatınım sədr müavini Elvin Abdullayev 30 sutka inzibati cəza alıb. Bu barədə Meydan TV-yə Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli məlumat verib. Fərəc Kərimli deyib ki, mayın 22-də bir neçə polis müsavatçının evinə gəlib anasını 36-cı polis bölməsinə aparıblar. Elvin Abdullayev bundan xəbər tutandan sonra bölməyə gedib, anasını sərbəst buraxandan sonra…

AXCP fəalı azadlığa buraxılıb

AXCP fəalı Mirfeyzulla Seyidov azadlığa buraxılıb. Bu barədə məlumatı vəkil Cavad Cavadov yayıb. Onun sözlərinə görə, mayın 22-də axşam saatlarında Nərimanov Rayon Məhkəməsində Mirfeyzulla Seyidovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs-qətimkan tədbirini dəyişib. “Mirfeyzulla Seyidov hazırda öz evindədir”- vəkil “azadlıq.info”-ya deyib. Mirfeyzulla Seyidov mayın 9-da saxlanılıb. Növbəti gün…

Jurnalist azad edilib

  Jurnalist Əfqan Sadıqov həbs müddəti bitdiyi üçün mayın 22-də azad edilib. Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb. Əfqan Sadıqov ona dəstək olanlara təşəkkür edib: “Mənə inam verən həmin dəstək verənlərdir. Mən mövqeyimdən geri çəkilməyəcəm, İlham Əliyev hakimiyyətdə qalınca, vəziyyət dəyişməyəcək. Bəzən deyirlər ki, prezidentin ölkədən xəbəri yoxdur. Bu yalandır. 86 faiz…