Müəllim: ‘Mən rüşvətə bulaşmaq istəmirəm’

“Bu rüşvətxorlar vəzifədən azad olunmayana qədər o məktəbə getməyəcəyəm. Buna görə danışıqlara getmirəm. Mən cənab nazirin bu məsələyə münasibət bildirməsini istəyirəm”. Astara şəhər 2 saylı orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev “müxtəlif adlarla pul yığılmasına” etiraz olaraq dərslərə girmir: “Mən rüşvətə bulaşmaq istəmirəm. Etirazım məktəbdə hər ay müəllimlərdən, sinif rəhbərlərindən müxtəlif bəhanələrlə pul yığılmasınadır.…