Gözəl Bayramlının həbs müddəti dəyişmədi

AXCP sədrinin müavini Gözəl Bayramlının üç il azadlıqdan məhrum edilməsi barədə hökm qüvvəyə mindi. Aprelin 20-də Gəncə Apellyasiya Məhkəməsində siyasətçi xanım barədə qərar elan olunub. Qərara əsasən, G.Bayramlının apellyasiya şikayəti təmin olunmayıb, Qazax Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıb. Qərardan öncə hakim bildirib ki, Gürcüstan-Azərbaycan sərhədindəki gömrük-buraxılış məntəqəsindəki kameraların görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət…