Avropa Məhkəməsi yenə Azərbaycanı cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi aprelin 19-da Azərbaycanla bağlı iki şikayət haqqında qərarını elan edib. Şikayətlərdən biri hüquqşünaslar Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilə bilməməsi ilə bağlıdır. Məlumatı vəkil Fariz Namazlı yayıb. Qərarda qeyd olunub ki, Avropa Məhkəməsi Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinin pozulmasını, 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ) maddə üzrə araşdırmağa…