ABŞ rəsmisi: ”Biz ATƏT-in ilkin qiymətləndirmə missiyası ilə razıyıq”
ABŞ Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin qiymətləndirilməsi üzrə ATƏT missiyası ilə razıdır. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi “Turan”-ın Vaşinqtondakı müxbirinin sorğusuna cavab olaraq bildirib. “Birləşmiş Ştatlar prezident Əliyev və Azərbaycan xalqı ilə bəzi mühüm ikitərəfli və regional məsələlər, o cümlədən insan hüquqlarına və azadlıqlara hörmətin təşviqində, iqtisadi islahatların və çiçəklənmənin dəstəklənməsində, terrorizmə qarşı mübarizədə əməkdaşlığa,…