Jurnalist Səhiyyə nazirliyinin işçiləri tərəfindən döyüldüyünü bildirir

Səhiyyə naziri Oqtay Şirəliyevin işçilərinin jurnalisti döydüyü bildirilir. unikal.org saytının əməkdaşı Famil Fərhadoğlu aprelin 9-da çəkiliş apararkən döyüldüyünü deyir. Jurnalist bu barədə sosial mediada paylaşım da edib. Deyir, hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində olub. O, mərasimi lentə alan zaman nazirin işçilərinin hücumuna məruz qaldığını söyləyir: “Dəfn mərasimində iştirak edən səhiyyə naziri Oqtay…