17 il cəza alan ilahiyyatçı haqqında qərar dəyişdi

İlahiyyatçılar Elman Ağayev, Zülfüqar Mikayılov və daha on nəfərin (“Nardaran işi-3) 12 ildən 17 ilə qədər azadlıqdan məhrum edilməsinə dair hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi aprelin 6-da davam edib. Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən məhkəmədə əvvəlcə təqsirləndirilən Zülfüqar Mikayılovun vəkili Şəhla Hümbətovanın hüquqlarını müdafiə etdiyi şəxsə verilmiş cəzanın çəkilmə rejiminin…