Əfqan Muxtarlının səhhətində problemlər var

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının səhhətində problem yaranıb, onun sinəsində ağrılar var. Jurnalist mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva ilə telefon söhbətində bu barədə deyib. Leyla Mustafayevanın sözlərinə görə, 3 həftə əvvəl Əfqan Muxtarlıyla danışanda öskürürmüş və ciyərlərinin soyuqladığını deyib: “Müayinə olunub və rentgen edən həkim deyib ki, ağciyərində ləkə görünür. Başqa bir həkim…