Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı növbəti qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işi ilə bağlı ikinci qərarını elan etdi. Məhkəmə qərarda 6-cı maddənin (ədalət mühakiməsi hüququ) pozuntusunu müəyyən edib və 18-ci maddənin (hüquqlara məhdudiyyətin qeyri-legitim məqsədlə qoyulması) ayrıca araşdırılmasına ehtiyac olmadığını qeyd edib. Vəkil Fuad Ağayev Meydan TV-yə deyib ki, məhkəmə bununla onların haqlı olduğunu birmənalı şəkildə müəyyən edib: “18-ci maddəyə gəlincə,…

Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərin siyasi məhbuslara şamil edilməsi ilə bağlı qısa rəy

Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər dekabrın 1-dən qüvvəyə minəcək, dəyişikliklərin siyasi məhbusların işinə təsir edib-etməməsi ilə bağlı kiçik araşdırma apardım. Dəyişikliklər aşağıdakı siyasi məhbusların işinə təsir edə bilər, mətndən də görəcəyiniz kimi ciddi dəyişiklik yoxdur siyasi məhbuslara münasibətdə: 1. Seymur Həzi, ittiham edildiyi 221.3-cü maddənin sanksiyası nisbətən yüngüləşdirilir, 2 ildən 6 ilədək azadlıqdan məhrum etmə (əvvəl…

Praktik Hüquqşünaslar Qrupu’nun Vəkillik islahatına dair lex ferenda təkliflər paketi

Giriş qeydləri: Praktik Hüquqşünaslar Qrupu (PHQ) Azərbaycanda perspektiv vəkillik islahatına dair öz uzunmüddətli təkliflər paketini təqdim edir. Təkliflər paketi vəkillik peşəsinə dair beynəlxalq standartlar və Azərbaycanda vəkillik peşəsinin kontekstual problemləri nəzərə alınmaqla hazırlanıb. Bu sənəd sadəcə təklifləri ehtiva edir. Təkliflərin isnadları və əsaslandırması praktik səbəblərdən bu sənədə daxil edilməyib. Bu sənəd PHQ-nin hazırda aparılan vəkillik…

Heykəl məhbusu Qiyas İbrahimov və atasının cinayət işi üzrə prosesə start verilib

Oktyabrın 31-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə “heykəl məhbusu” Qiyas İbrahimovun və atası Həsən İbrahimovun CM-nin 289.2 –ci maddəsi (məhkəməyə hörmətsizlik etmə – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirləndirilməsinə dair cinayət…

Avropa Şurası Azərbaycana qarşı misli görünməmiş məhkəmə proseduruna başlayır

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun işi üzrə qərarının icrasının təmin edilməsi zərurəti ilə əlaqədar hüquqi tədbirlərə başlamaq niyyəti haqqında rəsmi bildiriş göndərib. Nazirlər Komitəsinin 25 oktyabr tarixli iclasının yekunlarına dair press-relizdə xatırladılır ki, müxalif siyasətçi Məmmədovun həbsi və uzun müddət həbsxanada saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin…

İnanclı fəal Əhsən Nuruzadə ev dustaqlığına buraxılmadı

Oktyabrın 24-də Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının (MHB) koordinatoru Əhsən Nuruzadənin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair müraciət üzrə məhkəmə prosesi keçirilib. Proses qapalı keçirilib,məhkəmədə Əhsən Nuruzadənin özü və vəkili Yalçın İmanov iştirak ediblər. Vəkil Yalçın İmanov məhkəməyə təqdim olunmuş şikayətin təmin edilmədiyini bildirdi: “Bizə qərar…

Azərbaycanda siyasi məhbuslar problemi Parisin diqqət mərkəzindədir

33 beynəlxalq QHT-nin Fransa prezidenti Emmanuel Makrona Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı müraciətinə rəsmi cavab göndərilib. Bu barədə Turan-a Azərbaycan vətəndaş cəmiyyətindən bir mənbə bildirib. Makronun kabinet rəhbəri Fransua-Xavier Loşun (François-Xavier Lauch) imzaladığı məktubda bildirilir ki, Fransa hökuməti beynəlxalq QHT-lərin siyasi məhbuslarla bağlı narahatlığını diqqət mərkəzində saxlayır. Fransanın diplomatik xidməti bu şəxslərin vəziyyətini diqqətlə…

İlqar Məmmədov vəkillərindən imtina edib

“İlqar Məmmədov ictimaiyyətin diqqətinə iki fikrini çatdırmağımı xahiş edib. Birinci firki onunla bağlıdır ki, iqtidarın hazırda Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı təqdim etdiyi qanun layihəsi Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun həbsdən azad edilməsi ilə bağlı qərarının icrasını təmin etmir. Yəni həm Avropa Məhkəməsinin, həm Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovun qeyd-şərtsiz, dərhal azad edilməsi tələbini…

ABŞ-ın ATƏT-dəki Daimi Nümayəndəsinin Bəyanatı

Sentyabrın 22-də ABŞ-ın ATƏT-dəki Daimi Nümayəndəsi yekun bəyanatla çıxış edib. Bəyanatdan Azərbaycanla bağlı hissəni təqdim edirik: Birinci həftədə biz Azərbaycanda sonuncu müstəqil xəbər agentliyi olan “Turan:-ın direktoru Mehman Əliyevin azadlığı buraxılmasını alqışladıq. Biz həmçinin Azərbaycan hakimiyyətinin müxalifət lideri Natiq Cəfərliyə qarşı ittihamlara xitam verməsini və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin azadlığa buraxılmasını alqışlayırıq. Biz…

Nazirlər Komitəsi İlqar Məmmədovla bağlı mühüm qərar verdi

1294-cü iclas, 19-21 Sentyabr 2017 (DH)   H46-2 İlqar Məmmədov Azərbaycana qarşı (Ərizə No. 15172/13) – Cənab İlqar Məmmədovun işi Avropa Məhkəmsi qərarlarının icra edilməsi   İstinad sənədi CM/Notes/1294/H46-2   Qərar Nazir müavinləri   xatırladırıq ki, Avropa Məhkəməsinin müvafiq qərarına əsasən İlqar Məmmədova qarşı ittihamların irəli sürülməsi və ya həbsi və barəsində həbs qət-imkan tədbirinin seçilməsi…