Prokuror jurnalist Əziz Orucovun 7 il azadlıqdan məhrum edilməsini istəyib

Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə jurnalistin özü və vəkili Cavad Cavadov, eləcə də media və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Məhkəmə dövlət ittihamçısının çıxışı ilə davam edib. O öz çıxışında Əziz Orucovun məsuliyyətini yüngülləşdirən halların mövcud…