Hakimiyyətə məhkəmələrdə müdafiə sistemində demokratik islahatların yolları təklif edilib

Ölkənin bir qrup hüquqi ictimaiyyət, siyasi partiya, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri noyabrın 25-də “Müdafiə hüququnun problemləri: reallıqlar və perspektivlər” mövzusunda elmi-təcrübi konfransda iştirak ediblər. Konfrans məşhur hüquqşünaslar və ictimai xadimlər – Qurban Məmmədov və Mətləb Mütəllimli, habelə hüquqşünas-jurnalist Əvəz Zeynallı tərəfindən təşkil olunmuşdu. Görüşdə uzun müddət vəkillik təcrübəsi ilə məşğul olmuş məşhur hüquqşünaslar Xalid…