Gənc fəal və atasının məhkəməsi davam etdirilib

Noyabrın 29-da Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə “heykəl məhbusu” Qiyas İbrahimovun və atası Həsən İbrahimovun CM-nin 289.2 –ci maddəsi (məhkəməyə hörmətsizlik etmə – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirləndirilməsinə dair cinayət…

Hakimiyyətə məhkəmələrdə müdafiə sistemində demokratik islahatların yolları təklif edilib

Ölkənin bir qrup hüquqi ictimaiyyət, siyasi partiya, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri noyabrın 25-də “Müdafiə hüququnun problemləri: reallıqlar və perspektivlər” mövzusunda elmi-təcrübi konfransda iştirak ediblər. Konfrans məşhur hüquqşünaslar və ictimai xadimlər – Qurban Məmmədov və Mətləb Mütəllimli, habelə hüquqşünas-jurnalist Əvəz Zeynallı tərəfindən təşkil olunmuşdu. Görüşdə uzun müddət vəkillik təcrübəsi ilə məşğul olmuş məşhur hüquqşünaslar Xalid…

Jurnalist Əziz Orucovun məhkəməsi keçirilib

Noyabrın 24 -də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə jurnalistin özü və vəkilləri Əlibaba Rzayev, Cavad Cavadov, eləcə də media, ictimaiyyət və səfirlik nümayəndələri də iştirak ediblər. İlk olaraq məhkəmə araşdırması üzrə istintaqın tamamlanıb tamamlanmaması ilə bağlı hökmə tərəflərin münasibətini…

Hüquq müdafiəçisi və jurnalistə xəbərdarlıq edilib

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi və “Yüksəliş naminə” saytının baş redaktoru Elçin Məmməd iki saata yaxın Sumqayıt Şəhər Prokurorluğunda olub. Bu barədə E.Məmməd özü bildirib. Onun sözlərinə görə, şəhər prokurorunun baş köməkçisi Elviz Salayev tərəfindən qəbul edilib və ona xəbərdarlıq mətni təqdim olunub. E.Məmməd bildirib ki, görüşə qədər təxmin etdiyi kimi, QHT rəhbəri və jurnalist fəaliyyətilə…

Siyasi məhbusları müdafiə edən vəkil Kollegiyadan çıxarılıb

Noyabrın 20-da Vəkillər Kollegiyası vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar verib. Bu barədə məlumat verən Yalçın İmanov qeyd edib ki, Kollegiyadakı fəaliyyəti Pentensiar Xidmətin müraciəti əsasında dayandırlıb. Belə ki, Pentensiar Xidmət avqust ayında Vəkillər Kollegiyasına göndərdiyi müraciətdə qeyd edib ki,  Qobustan həbsxanasında Nardaran hadisələri ilə bağlı məhkum olunmuş Abbas Hüseynovun təzyiqlərə məruz qalması…

Blogger Mehman Hüseynovun şikayətinə baxılması davam edir

Noyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Mehman Hüseynovun CM-nin 147.2-ci maddəsilə (böhtan) təqsirli bilinib 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində M. Hüseynovun özü və vəkilləri Fuad Ağayev,Fəxrəddin Mehdiyev və Şəhla Hümbətova, eləcə də media və ictimaiyyət nümayəndələri də…

Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı növbəti qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun işi ilə bağlı ikinci qərarını elan etdi. Məhkəmə qərarda 6-cı maddənin (ədalət mühakiməsi hüququ) pozuntusunu müəyyən edib və 18-ci maddənin (hüquqlara məhdudiyyətin qeyri-legitim məqsədlə qoyulması) ayrıca araşdırılmasına ehtiyac olmadığını qeyd edib. Vəkil Fuad Ağayev Meydan TV-yə deyib ki, məhkəmə bununla onların haqlı olduğunu birmənalı şəkildə müəyyən edib: “18-ci maddəyə gəlincə,…

Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərin siyasi məhbuslara şamil edilməsi ilə bağlı qısa rəy

Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər dekabrın 1-dən qüvvəyə minəcək, dəyişikliklərin siyasi məhbusların işinə təsir edib-etməməsi ilə bağlı kiçik araşdırma apardım. Dəyişikliklər aşağıdakı siyasi məhbusların işinə təsir edə bilər, mətndən də görəcəyiniz kimi ciddi dəyişiklik yoxdur siyasi məhbuslara münasibətdə: 1. Seymur Həzi, ittiham edildiyi 221.3-cü maddənin sanksiyası nisbətən yüngüləşdirilir, 2 ildən 6 ilədək azadlıqdan məhrum etmə (əvvəl…

Praktik Hüquqşünaslar Qrupu’nun Vəkillik islahatına dair lex ferenda təkliflər paketi

Giriş qeydləri: Praktik Hüquqşünaslar Qrupu (PHQ) Azərbaycanda perspektiv vəkillik islahatına dair öz uzunmüddətli təkliflər paketini təqdim edir. Təkliflər paketi vəkillik peşəsinə dair beynəlxalq standartlar və Azərbaycanda vəkillik peşəsinin kontekstual problemləri nəzərə alınmaqla hazırlanıb. Bu sənəd sadəcə təklifləri ehtiva edir. Təkliflərin isnadları və əsaslandırması praktik səbəblərdən bu sənədə daxil edilməyib. Bu sənəd PHQ-nin hazırda aparılan vəkillik…