Heykəl məhbusu Qiyas İbrahimov və atasının cinayət işi üzrə prosesə start verilib

Oktyabrın 31-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə “heykəl məhbusu” Qiyas İbrahimovun və atası Həsən İbrahimovun CM-nin 289.2 –ci maddəsi (məhkəməyə hörmətsizlik etmə – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirləndirilməsinə dair cinayət…

Avropa Şurası Azərbaycana qarşı misli görünməmiş məhkəmə proseduruna başlayır

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun işi üzrə qərarının icrasının təmin edilməsi zərurəti ilə əlaqədar hüquqi tədbirlərə başlamaq niyyəti haqqında rəsmi bildiriş göndərib. Nazirlər Komitəsinin 25 oktyabr tarixli iclasının yekunlarına dair press-relizdə xatırladılır ki, müxalif siyasətçi Məmmədovun həbsi və uzun müddət həbsxanada saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin…

İnanclı fəal Əhsən Nuruzadə ev dustaqlığına buraxılmadı

Oktyabrın 24-də Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə Müsəlman Birliyi Hərəkatının (MHB) koordinatoru Əhsən Nuruzadənin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair müraciət üzrə məhkəmə prosesi keçirilib. Proses qapalı keçirilib,məhkəmədə Əhsən Nuruzadənin özü və vəkili Yalçın İmanov iştirak ediblər. Vəkil Yalçın İmanov məhkəməyə təqdim olunmuş şikayətin təmin edilmədiyini bildirdi: “Bizə qərar…

Azərbaycanda siyasi məhbuslar problemi Parisin diqqət mərkəzindədir

33 beynəlxalq QHT-nin Fransa prezidenti Emmanuel Makrona Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı müraciətinə rəsmi cavab göndərilib. Bu barədə Turan-a Azərbaycan vətəndaş cəmiyyətindən bir mənbə bildirib. Makronun kabinet rəhbəri Fransua-Xavier Loşun (François-Xavier Lauch) imzaladığı məktubda bildirilir ki, Fransa hökuməti beynəlxalq QHT-lərin siyasi məhbuslarla bağlı narahatlığını diqqət mərkəzində saxlayır. Fransanın diplomatik xidməti bu şəxslərin vəziyyətini diqqətlə…

İlqar Məmmədov vəkillərindən imtina edib

“İlqar Məmmədov ictimaiyyətin diqqətinə iki fikrini çatdırmağımı xahiş edib. Birinci firki onunla bağlıdır ki, iqtidarın hazırda Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı təqdim etdiyi qanun layihəsi Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun həbsdən azad edilməsi ilə bağlı qərarının icrasını təmin etmir. Yəni həm Avropa Məhkəməsinin, həm Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovun qeyd-şərtsiz, dərhal azad edilməsi tələbini…